Xəzər Xəbər

Zaqatalada qəza baş verib, ölən var

Region | 15:25 • 22 Fevral 2019
Zaqatalada qəza baş verib, ölən var

Zaqatala rayonunun Göyəm kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


DİN-dən xezerxeber.az-a verilən məlumata görə, fevralın 21-də saat 18 radələrində Zaqatala rayonunun Göyəm kəndi ərazisində rayon sakinləri B.Dadaşovun idarə etdiyi "Mercedes” və E.Qədimovun idarə etdiyi "VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş E.Qədimov orada ölüb.


Zaqatala RPŞ tərəfindən araşdırma aparılır.

Xəbər lenti