Xəzər Xəbər

Ağdamın yaşayış məntəqələrinə marşrut xətləri açılıb

Region | 15:22 • 14 Fevral 2019
Ağdamın yaşayış məntəqələrinə marşrut xətləri açılıb

Ağdam rayonunda marşrut xətlərinin açılması ilə əhalinin kənd və qəsəbələrə, eləcə də qonşu rayonlara gediş-gəlişi asanlaşıb.


AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əhalinin marşrut sahəsində çətinliklərinin aradan qaldırılması məqsədilə "Ağdam Nəqliyyat” MMC yaradılıb. Rayonun bütün yaşayış məntəqələrinə 15 dəqiqə intervalla hərəkət edən marşrut xətlərinin açılması sakinlər tərəfindən razılıqla qarşılanıb. Artıq rayon ərazisindəki yaşayış məntəqələrinə 19, qonşu rayonlara 29 marşrut fəaliyyət göstərir. Marşrut xətlərinin açılması ilə eyni zamanda 48 nəfər işlə təmin olunub.

Xəbər lenti