Xəzər Xəbər

31 yaşlı qadın ərini axtarır

Region | 09:53 • 14 Fevral 2019
31 yaşlı qadın ərini axtarır

Ötən gün Lənkəranda 31 yaşlı qadın polisə şikayət edərək ərinin yoxa çıxdığını bildirib.


Lənkəran şəhər sakini 1988-ci il təvəllüdlü Ramilə Əsgərova polisə müraciət edib. O, bildirib ki, həyat yoldaşı, 1976-cı il təvəllüdlü Fəxrəddin Yusifli Bakıya işləmək adı ilə gedib.


O, fevralın 1-də evdən çıxıb və paytaxta yollanıb. Həmin gündən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.


Fəxrəddin Yusiflinin axtarışı ilə bağlı polis axtarışlara başlayıb. (BAKU.WS)

Xəbər lenti