Xəzər Xəbər

Qubada evdən 37 min manat pul oğurlanıb

Region | 10:49 • 13 Fevral 2019
Qubada evdən 37 min manat pul oğurlanıb

Quba Rayon Polis Şöbəsinə Vəlvələ kəndindəki evlərin birindən 18 min manat və 790 min rublun (19 min 355 manat) oğurlanması barədə müraciət daxil olub.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən xezerxeber.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən kənd sakini E.Əhmədəliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Məsələ ilə bağlı araşdırma aparılır.

Xəbər lenti