Xəzər Xəbər

Qusarda avtomobil 3 piyadanı vurub, biri ölüb

Region | 13:34 • 22 Yanvar 2019
Qusarda avtomobil 3 piyadanı vurub, biri ölüb

Qusar şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən xezerxeber.az-a verilən məlumata görə, yanvarın 21-də saat 19 radələrində Qusar şəhəri ərazisində İmamqulukənd kənd sakinləri - Elşad Aslanxanovun və Azad Şıxqayıbovun idarə etdikləri "Hyundai” və "VAZ-21154” markalı avtomobillər toqquşub. Sonradan E.Aslanxanov idarəetməni itirdiyindən yaxınlıqda olan şəhər sakinləri Samir Salmanovu, İdris Seyfullayevi və Kamran Sədiyevi vurub. Nəticədə S.Salmanov hadisə yerində ölmüş, digər 2 piyada xəstəxanaya yerləşdiriliblər.

Xəbər lenti