Xəzər Xəbər

Çaylarda sululuq səviyyəsi dəyişib

Region | 15:44 • 21 Yanvar 2019
Çaylarda sululuq səviyyəsi dəyişib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-160, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında isə 70-100 faizini təşkil edir.


Tranzit çaylarda hazırki vəziyyət


Yanvarın 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 105 m3/s olmaqla ongünlük normanın 67 faizini təşkil edir. 2018-ci ildə isə bu rəqəm 171 m3/s olmaqla ongünlük normanın 109 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 56,0 m3/s olmaqla, ongünlük normanın 84 faizini təşkil edir. 2018-ci ildə isə bu göstərici 64 m3/s təşkil edərək ongünlük normanın 96 faizinə bərabər olub.


Kür çayının aşağı axınında hazırki vəziyyət


Yanvarın 21-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 8, Salyan və Bankə məntəqələrində 2 sm azalma qeydə alınıb, Şirvanda 2, Araz çayının Novruzlu məntəqələrində isə suyun səviyyəsində 3 sm artım müşahidə olunub.


Hazırda Surra məntəqəsində suyun səviyyəsi 435 sm (2018-ci il yanvarın 21-də 375 sm), Şirvanda 323 sm (2018-ci il yanvarın 21-də 249 sm), Salyanda 286 (2018-ci il yanvarın 21-də 203 sm), Bankədə 246 sm (2018-ci il yanvarın 21-də 201 sm), Araz çayının Novruzlu məntəqəsində isə 163 sm (2018-ci il yanvarın 21-də 110 sm) təşkil edir.

Xəbər lenti