Xəzər Xəbər

Şabranda və Cəlilabadda 4 otaqlı ev yanıb

Region | 09:22 • 16 Dekabr 2018
Şabranda  və Cəlilabadda 4 otaqlı ev yanıb

Xaçmaz rayonunun Niyazabad kəndində ümumi sahəsi 128 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin 1 otağının tavanı 4 m² sahədə yanıb.

Xezerxeber.az-ın FHN-ə istinadən məlumatına əsasən, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Cəlilabadda da dörd otaqlı ev yanıb. Ümumi sahəsi 220 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 12 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Xəbər lenti