Xəzər Xəbər

Lənkəranda 45 yaşlı balıqçı itkin düşüb

Region | 14:57 • 13 Dekabr 2018
Lənkəranda 45 yaşlı balıqçı itkin düşüb

Lənkəranda 45 yaşlı kişi itkin düşüb.

Hadisə rayonun Lüvəsər kəndində baş verib.

Kənd sakini, 1973-cü il təvəllüdlü Nəsirov Valeh Saleh oğlu dekabrın 11-də səhər saatlarında balıq tutmaq adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Hadisə ilə bağlı polisə məlumat daxil olandan sonra araşdırmalara başlanıb. (Trend)

Xəbər lenti

Çox oxunanlar