Xəzər Xəbər

Sabirabadda 8 aylıq qız beşikdən yıxılaraq ölüb

Region | 11:58 • 6 Dekabr 2018
Sabirabadda 8 aylıq qız beşikdən yıxılaraq ölüb

Sabirabadda azyaşlı beşikdən yıxılaraq ölüb.

Hadisə rayonun Poladtuğay kəndində baş verib.

Kənd sakini Şahin Məmmədovun qızı, 2018-ci il təvəllüdlü Məmmədova Sədəf Şahin qızı yaşadığı evdə beşikdən yıxılıb.

Uşaq hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır. (Trend)

Xəbər lenti