Xəzər Xəbər

Nefçalada zəncirvari qəza olub, 1 nəfər ölüb

Region | 14:00 • 5 Dekabr 2018
Nefçalada zəncirvari qəza olub, 1 nəfər ölüb

Neftçala rayonunun Qaravəlli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən xezerxeber.az-a verilən məlumata görə, dekabrın 4-də saat 18 radələrində Neftçala rayonunun Qaravəlli kəndi ərazisində şəhər sakini Vasif Qurbanov idarə etdiyi "VAZ-21214” markalı avtomobili qarşıda gedən Bankə qəsəbə sakini Bəğəli Şirinovun idarə etdiyi "T-28” markalı traktora, sonra isə Xıllı qəsəbə sakini Şahmar Ələkbərovun idarə etdiyi "Mitsubishi” markalı avtomobilə vurub.

Nəticədə V.Qurbanov hadisə yerində ölüb.

Neftçala RPŞ tərəfindən araşdırma aparılır.

Xəbər lenti