Xəzər Xəbər

Orta məktəbdə yanğın baş verib

Region | 12:29 • 5 Dekabr 2018
Orta məktəbdə yanğın baş verib

Qəbələdə orta məktəb binasında yanğın olub.


Xezerxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.


Rayonun Vəndam qəsəbəsində ümumi sahəsi 245 kv.m olan birmərtəbəli orta məktəb binasının (hazırda fəaliyyət göstərmir) dam örtüyünün yanar konstruksiyaları 70 kv.m sahədə yanıb. 

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti