Xəzər Xəbər

Fövqəladə hallar naziri Gəncədə partlayışın baş verdiyi əraziyə gəlib - FOTO

Region | 11:42 • 20 Noyabr 2018
Fövqəladə hallar naziri Gəncədə partlayışın baş verdiyi əraziyə gəlib -

Noyabrın 20-də səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonundakı yaşayış binasında baş vermiş uçqunla əlaqədar fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və nazirliyin digər rəhbər şəxsləri hadisə yerinə gəliblər.

Fövqəladə Hallar Nazirliyindən (FHN) xezerxeber.az-a bildiriblər ki, Kəmaləddin Heydərov qəza-xilasetmə işlərinin gedişi ilə yaxından tanış olub, xilasetmə tədbirlərinin daha operativ həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verib.

Xəbər lenti