Xəzər Xəbər

Gəncədə dağıntılar altından daha iki nəfərin cəsədi çıxarılıb - VİDEO

Region | 11:31 • 20 Noyabr 2018
Gəncədə dağıntılar altından daha iki nəfərin cəsədi çıxarılıb -

Gəncə şəhərinin Kəpəz rayonunda yaşayış binasında baş vermiş qəza ilə əlaqədar aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından daha iki nəfərin - 1971-ci il təvəllüdlü Tağıyeva Nigar Tağı qızının və 1994-cü il təvəllüdlü Heydərov Hüseyn Oktay oğlunun cəsədləri tapılaraq çıxarılıb.


Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a bildiriblər ki, ərazidə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar altından ümumilikdə 3 nəfərin meyiti çıxarılıb, 1 nəfər yaralı vəziyyətdə aşkarlanaraq xilas edilib.


Əməliyyat davam edir. Əlavə məlumat veriləcək.



Xəbər lenti