Xəzər Xəbər

Şabranda avtoqəza: ölən var

Region | 11:28 • 22 Oktyabr 2018
Şabranda avtoqəza:

Şabran rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Xezerxeber.az-ın bölgə müxbiri xəbər verir ki, "VAZ” markalı minik avtomobilinin beton maneəyə çırpılması nəticəsində sürücü, 26 yaşlı Mövlanverdiyev Pərviz Əlixan oğlu hadisə yerində ölüb.


Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış meyiti deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti