Xəzər Xəbər

Zaqataladakı kütləvi zəhərlənmənin ailəvi istirahət mərkəzində baş verdiyi ehtimal edilir

Region | 11:23 • 21 Oktyabr 2018
Zaqataladakı kütləvi zəhərlənmənin ailəvi istirahət mərkəzində baş verdiyi ehtimal edilir

Zaqatala rayonunda baş vermiş kütləvi zəhərlənmənin ailəvi istirahət mərkəzlərindən birində qeydə alındığı ehtimal edilir.


Zəhərlənmə əlamətləri ilə Zaqatala RMX-nin Yolxucu xəstəliklər şöbəsinə gətirilən şəxslər ötən gün axşam saatlarında rayonun Qazangül inzibati ərazisində fəaliyyət göstərən "Hope Lake” ailəvi istirahət mərkəzində olublar.


Onlar ailəvi istirahət mərkəzində xəmir xörək və digər qidalar qəbul ediblər. Ailə evə qayıtdıqdan sonra onlarda zəhərlənmə əlamətləri biruzə verib.


Faktla bağlı araşdırmalar davam etdirilir. ("Report”)

Xəbər lenti