Xəzər Xəbər

Cəlilabadda yolu keçən piyadanı avtomobil vurub öldürüb

Region | 12:35 • 24 Sentyabr 2018
Cəlilabadda yolu keçən piyadanı avtomobil vurub öldürüb

Cəlilabad şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


DİN-dən xezerxeber.az-a verilən məlumata görə, sentyabrın 22-də saat 19 radələrində Cəlilabad şəhərinin ərazisində Əliabad kənd sakini Sucayət Hümbətov idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən Məlikqasımlı kənd sakini Afizə İmanovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.


Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.

Xəbər lenti