Xəzər Xəbər

DTX və polis Astarada əməliyyat keçirdi

Region | 11:36 • 24 Sentyabr 2018
DTX və polis Astarada əməliyyat keçirdi

DTX və polis Astarada əməliyyat keçirib.


DİN-dən xezerxeber.az-a verilən məlumata görə, sentyabrın 22-də Astara Rayon Polis Şöbəsinin və DTX-nın rayon şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pensər kənd sakini Teymur Paşayevə məxsus "Mercedes” markalı avtomobilin salonundan 1 ədəd ov bıçağı aşkar edilərək götürülüb.


Davam etdirilən əməliyyat tədbirləri ilə T.Paşayevin atası Ağadadaşın Pensər kəndində yaşadığı evdən isə 1 ədəd pnevmatik tapança, 1 ədəd müvafiq sənədləri olmayan "İJ-16” markalı tüfəng, 7 ədəd patron və 1 ov bıçağı aşkar edilərək götürülüb.


Araşdırma aparılır.

Xəbər lenti