Xəzər Xəbər

Atdan yıxılan 18 yaşlı oğlan ağır vəziyyətdə xəstəxanaya düşdü

Region | 16:04 • 17 Sentyabr 2018
Atdan yıxılan 18 yaşlı oğlan ağır vəziyyətdə xəstəxanaya düşdü

Tovuz rayonunda gənc oğlan atdan yıxılıb.


Hadisə rayonun Həsənli kəndində baş verib.


Kənd sakini, 2000-ci il təvəllüdlü Sadıqov Sahəddin Natiq oğlu kənd ərazisində at çaparkən yıxılıb.


S.Sadıqov ağır kəllə-beyin travması ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.


Yaralının vəziyyəti ağır sabit qiymətləndirilir. (Trend)

Xəbər lenti

Çox oxunanlar