Xəzər Xəbər

Ağcabədidə ağır qəza: 4-ü bir ailənin üzvü olmaqla, 7 nəfər xəsarət alıb - FOTO

Region | 15:20 • 23 İyul 2018
Ağcabədidə ağır qəza: 4-ü bir ailənin üzvü olmaqla, 7 nəfər xəsarət alıb -

Ağcabədidə iki avtomobil toqquşub.


Hadisə rayonun Sarıcalı kəndi ərazisində baş verib.

Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Əliyev Mahir Gülməmməd oğlunun idarə etdiyi "VAZ 2107" markalı, 04 BP 095 dövlət nömrə nişanlı avtomobil Ağcabədi rayon sakini, 1986-ci təvəllüdlü Ağayev Elvüqar Elmar oğlunun idarə etdiyi "VAZ 2106" markalı, 04 BN 986 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Nəticədə "VAZ” 2107 markalı avtomobil yol kənarındakı dərəyə düşüb. Avtomobilin sürücüsü M.Əliyev və maşında olan ailə üzvləri - 1975-ci il təvəllüdlü Əliyeva Heyran Əşrəf qızı, 1996-ci il təvəllüdlü Əliyeva Röyalə Zakir qızı, 2004-cü il təvəllüdlü Əliyeva Ceyran Mahir qızı və "VAZ” 2106 markalı avtomobilin sürücüsü E.Ağayev və onun avtomobilində olan sərnişinlər - 1985-ci il təvəllüdlü Ağayeva Nargilə Vəli qızı, 2010-ci il təvəllüdlü Ağayeva Nihal Elmidar qızı müxtəlif bədən xəsarətləri ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

"VAZ” 2106 markalı avtomobilin sürücüsü və sərnişinlərinin vəziyyəti ağır olduğundan Bərdə Mərkəzi Rayon Xəstəxanasına göndəriliblər.

Faktla bağlı araşdırma aparılır. (APA)

Xəbər lenti