Xəzər Xəbər

Cəlilabad və Salyanda meyit tapılıb

Region | 11:09 • 21 İyul 2018
Cəlilabad və Salyanda meyit tapılıb

Cəlilabad rayonunda, evdə meyit tapılıb.

Ölən şəxsin 1996-ci il təvəllüdlü Məhəmməd Məmiş oğlu Məmişov olduğu müəyyənləşib.

Hazırda onun hansı şəraitdə və hansı səbəbdən ölməsi araşdırılır.

Salyan rayonunda da 39 yaşlı kişinin meyiti tapılıb.


Səhər saatlarında yaşadığı evin yaxınlığında Salyan şəhər sakini, 1979-cu il təvəllüdlü Rzayev Emin Hidayət oğlunun meyiti aşkarlanıb. Yaxınları bildirib ki, ötən gün Bakı şəhərində olan E. Rzayevin meyitinin Salyanda evinin yanında aşkarlanması şübhələr doğurur.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə aparılıb. Meyitin xarici müayinəsi zamanı hər hansı zorakılıq əlamətlərinin aşkarlanmadığı bildirilir. Ölümün səbəbləri daxili müayinənin nəticələri əsasında aydınlaşdırılacaq.

Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.


Xəbər lenti