Xəzər Xəbər

Goranboyda qəza: sürücü ölüb

Region | 10:10 • 19 İyul 2018
Goranboyda qəza: sürücü ölüb

Goranboyda avtomobilin maneəyə çırpılması nəticəsində sürücü ölüb.


Hadisə rayonun Səfikürd kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü İlqar Əhmədov idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında olan maneəyə çırpılıb. Qəza zamanı sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. (APA)

Xəbər lenti