Xəzər Xəbər

Qəbələdə fıstıq ağaclarını doğrayanlar ifşa edildi

Region | 16:45 • 16 İyul 2018
Qəbələdə fıstıq ağaclarını doğrayanlar ifşa edildi

Meşələrdə ağacların qanunsuz kəsilməsi və daşınması hallarının qarşısının tam alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının regionlarda reydləri davam edir.


Nazirliyin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, reyd zamanı Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən rayonun Bum meşəbəyliyinin 6 saylı dolayında gecə saat 4 radələrində dövlət nömrə nişanı olmayan "URAL” markalı avtomobil saxlanılıb. Avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 8 kubmetr həcmində yaş fıstıqcinsli meşə materialı aşkar edilib.


Hazırda sənədləşmə işləri aparılır. Qanun pozucusu barəsində qanunauyğun tədbirlərin görülməsi məqsədilə toplanmış materiallar rayon polis şöbəsinə göndəriləcək.

Xəbər lenti