Xəzər Xəbər

Şirvanda qətl - 40 yaşlı kişi mehmanxananın qarşısında öldürüldü

Region | 14:39 • 23 İyun 2018
Şirvanda qətl - 40 yaşlı kişi mehmanxananın qarşısında öldürüldü

Şirvan şəhərində qətl hadisəsi baş verib.


Hadisə rayon ərazisindəki "Təbəssüm" mehmanxanasının qarşısında baş verib. Şirvan şəhər sakini, 1994-cü il təvəllüdlü İbadov Əziz Loğman oğlu həmin ərazidə şəhər sakini, 1978-ci il təvəllüdlü Abbasov Abas Qulamhüseyn oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib.


Mübahisə zamanı Ə.İbadov bıçaqla A.Abasovu bıçaqlayaraq qətlə yetirib.


Faktla bağlı Şirvan şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və hadisəni törətməkdə şübhəli bilinən Ə.İbadov tutulub. (Trend)

Xəbər lenti