Xəzər Xəbər

Lerik sakini göldə batıb

Region | 14:20 • 20 İyun 2018
Lerik sakini göldə batıb

Fövqəladə Hallar Nazirliyi Lerik sakininin göldə batması barədə məlumat yayıb.

Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, Lerik rayonunun Piran kəndi ərazisində süni göldə 1 nəfərin batdığı ehtimal olunur.

Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Xəbər lenti