Xəzər Xəbər

Qusarda itkin düşən ana və azyaşlı qızı tapılıb

Region | 14:37 • 19 İyun 2018
Qusarda itkin düşən ana və azyaşlı qızı tapılıb

Qusar rayonunda itkin düşən ana və azyaşlı qızı tapılıb.


Xezerxeber.az bilririr ki, Qusar Rayon Polis Şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayonun Xürel kənd sakinləri Əsgərova Sveta Arif qızı və azyaşlı övladı Əsgərova Əminə Elmar qızı iyunun 7-də itkin düşmüşdü. Bu barədə polisə S.Əsgərovanın həyat yoldaşı Elmar Əsgərov ərizə ilə müraciət edib.


Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1988-ci il təvəllüdlü Sveta Əskərova və 7 yaşlı qızı rayon ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Xəbər lenti