Xəzər Xəbər

İmişlidə pambıq sahəsində fəhlələr zəhərlənib

Region | 12:48 • 19 İyun 2018
İmişlidə pambıq sahəsində fəhlələr zəhərlənib

İmişli rayonunda pambıq sahəsində fəhlələr zəhərlənib.


Rayondakı pambıq tarlalarında becərmə işləri aparan fəhlələr zəhərlənib. İlkin məlumata görə, zəhərlənən onlarla fəhlə İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda zəhərlənən şəxslərin sayı dəqiqləşdirilir.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, hazırda nazirliyin əməkdaşları hadisə yerinə gedirlər: "Müvafiq araşdırmalardan sonra ictimaiyyətə geniş məlumat veriləcək". (Report)

Xəbər lenti