Xəzər Xəbər

Xaçmazda reyd: qayda pozan sürücülər cəzalandırılıb - FOTO

Region | 13:40 • 18 İyun 2018
Xaçmazda reyd: qayda pozan sürücülər cəzalandırılıb -

Xaçmazda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə keçirilən reyd zamanı qayda pozan 10 yaxın sürücü barəsində inzibati cəza tədbirləri görülüb.


Reyd Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti (YPX) alayının II tağımının əməkdaşları tərəfindən Gəndov-Yalama yolunun Xudat şəhəri ərazisindən keçən hissəsində təşkil olunub. Bu yol ölkəmizin əsas turizm zonalarından sayılan Nabran istiqamətində yerləşdiyindən bayram günləri və yay aylarında hərəkətin intensivliyi xeyli artır.


Yolda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə keçirilən reyd çərçivəsində bir sürücünün avtomobili sərxoş halda idarə etdiyi müəyyənləşib. Qayda pozan sürücülərdən ikisi avtomobili etibarnaməsiz, dördü isə sürücülük hüququ olmadan idarə edib.


Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti alayının II tağımının baş inspektoru Telman Mustafayev AZƏRTAC-a bildirib ki, yay aylarında vətəndaşların bir çoxu şəxsi nəqliyyat vasitələrindən istifadə edərək istirahət zonalarına yollanır. Bununla əlaqədar yollarda hərəkətin intensivliyi artdığından sürücülər uzaq yola çıxarkən daha diqqətli olmalı, avtomobillərinin texniki sazlığını yoxlamalı, yol hərəkəti qaydalarına ciddi riayət etməlidirlər. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar