Xəzər Xəbər

Astarada yük maşınından yıxılan 19 yaşlı gənc ölüb

Region | 18:46 • 17 İyun 2018
Astarada yük maşınından yıxılan 19 yaşlı gənc ölüb

Astarada yük maşınından yıxılaraq ağır xəsarət alan 19 yaşlı gənc xəstəxanada dünyasını dəyişib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə iyunun 11-də baş verib.

Siyaku kənd sakini 1999-cu il təvəllüdlü Elton Asəf oğlu Şabanov kənddə arı pətəkləri aran bölgəsinə aparılarkən ehtiyatsızlıqdan yük maşınından yıxılaraq açıq kəllə-beyin travması alıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən E. Şabanov bu gün dünyasını dəyişib.

Xəbər lenti