Xəzər Xəbər

Şabran Mərkəzi Rayon Xəstəxanasında yanğın olub

Region | 16:45 • 17 İyun 2018
Şabran Mərkəzi Rayon Xəstəxanasında yanğın olub

Bu gün Şabran rayonunda Mərkəzi Rayon Xəstəxanasının ərazisində "Mercedes" markalı təcili yardım avtomobilinin yanar hissələri və dördmərtəbəli binanın 1-ci mərtəbəsində 3 ədəd plastik pəncərə çərçivəsi yanıb.


Xezerxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti