Göygöl rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"KamAZ" markalı yük avtomobilinin Dozular kəndində dərəyə aşması nəticəsində hadisə yerində bir nəfər ölüb, iki nəfər xəsarət alıb. Xəsarət alan şəxlsərdən Gəncə sakini, 1983-cü il təvəllüdlü Eldar Fərzəliyev xəstəxanaya aparılarkən yolda keçinib. Avtomobilin sürücüsü, Kəlbəcər rayon sakini Zeynalov Əhəd Yusif oğlu isə xəstəxanaya çatdırılıb, vəziyyəti normaldır.
Faktla bağlı araşdırma aparılır. (APA)