Xəzər Xəbər

Dəşkəsəndə yük maşını çaya düşdü

Region | 14:48 • 24 May 2018
Dəşkəsəndə yük maşını çaya düşdü

Daşkəsən rayonunda yük maşını çaya düşüb, xəsarət alanlar var.


Hadisə rayonun Mədənçilər qəsəbəsində vaş baş verib.


Belə ki, "QAZel" markalı yük avtomobilinin idarəetmədən çıxaraq çaya düşməsi nəticəsində, Goranboy rayon sakinləri - 1972-ci il təvəllüdlü Siyavuş Sabir oğlu Məmmədov və 1967-ci il təvəllüdlü Ərəstun Həmid oğlu Məmmədov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.


Faktla bağlı araşdırma aparılır.("Report")

Xəbər lenti