Xəzər Xəbər

Avtomobil qaçıran ruhi xəstə qəza törətdi

Region | 13:38 • 23 May 2018
Avtomobil qaçıran ruhi xəstə qəza törətdi

Qubada avtomobil qaçıran şəxs tutulub.

DİN-dən xezerxeber.az-a verilən məlumata görə, mayın 22-da saat 15 radələrində Quba şəhərinin ərazisindən Qam-Qam kənd sakini İlkin Rəhimova məxsus "VAZ-2105” markalı avtomobil qaçırılıb və idarə edilərkən Paşa-oba kənd sakini Nəsir Dadaşovun idarə etdiyi "Kia” markalı avtomobillə toqquşub.

Nəticədə xəsarət alan olmayıb, hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, ruhi xəstə olan Kamran Müzəffərov RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Xəbər lenti