Xəzər Xəbər

Ağcabədidə ölümlə nəticələnən yol qəzası baş verib

Region | 10:51 • 20 May 2018
Ağcabədidə ölümlə nəticələnən yol qəzası baş verib

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 


Hadisə rayonun Qiyamədinli kəndində qeydə alınıb. Ağdam rayon sakini Qəhrəmanov Qırımxan Qəhrəman oğlu idarə etdiyi 02 KX 819 dövlət nömrə nişanlı "VAZ 2106” markalı avtomobillə hərəkətdə olan "Belarus” markalı traktorla toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü Q.Qəhrəmanov hadisə yerində həyatını itirib, sərnişin Cavadov Rəşad İlqar oğlu isə müxtəlif bədən xəsarətləri ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb, traktor sürücüsünün kimliyi araşdırılır. (APA)

Xəbər lenti