Cəlilabad rayonunda kütləvi dava olub.
Bir neçə şəxs arasında yaranan mübahisə sonradan davaya çevrilib.
Nəticədə rayonun Abazlı kənd sakini, 1986-cı il təvəllüdlü Dövlət Qürbət oğlu Alışov müxtəlif bədən xəsarətləri alıb.
Tanımadığı şəxslər tərəfindən döyülən D. Qüdrətov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır. (APA)