Xəzər Xəbər

Şirvanda mağazaya basqın edən şəxs 2 nəfəri ağır yaralayıb

Region | 15:37 • 23 Aprel 2018
Şirvanda mağazaya basqın edən şəxs 2 nəfəri ağır yaralayıb

Şirvan şəhərində mağazadan oğurluğa cəhd edən şəxs xəzinədar qadını və satıcı-nəzarətçini ağır yaralayıb.


Aprelin 22-də axşam saatlarında Şirvan şəhərində yerləşən marketlərdən birinə basqın edilib. Marketə pul əldə etmək məqsədilə daxil olan şəxs orada çalışan satıcı-nəzarətçi, 1994-cü il təvəllüdlü Mehdiyev Fərid Fərhad oğlunun və kassada əyləşən 1979-cu il təvəllüdlü Həmidova Aynurə Zabil qızının başına "butılka" ilə zərbə endirib. Lakin o, kassadan pul götürə bilməyərək hadisə yerindən qaçıb.


Hər iki şəxs kəllə-beyin travması ilə Şirvan şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Şirvan Polis Şöbəsində cinayət işi açılıb, hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. (APA)

Xəbər lenti