Xəzər Xəbər

Saatlıda 30 yaşlı qadın bıçaqlanıb

Region | 09:19 • 19 Aprel 2018
Saatlıda 30 yaşlı qadın bıçaqlanıb

Saatlı sakini 4 bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Rayonun Qaranuru kənd sakini, 1988-ci il təvəllüdlü Nuriyeva Validə Əliabbas qızı bel və qarın nahiyəsindən bıçaq xəsarətləri alıb. İlkin tibbi yardım göstərilən qadın palataya köçürülüb. Qadının əri tərəfindən bıçaqlandığı ehtimal olunur.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır. (APA)

Xəbər lenti