Xəzər Xəbər

Cəlilabadda "Qazel" və avtobus toqquşub: 1 ölü, 3 yaralı var - VİDEO

Region | 10:01 • 18 Aprel 2018
Cəlilabadda "Qazel" və avtobus toqquşub:

Cəlilabad rayonunda "Qazel" markalı yük maşını ilə sərnişin avtobusunun toqquşması nəticəsində ölən şəxsin kimliyi məlum olub. 


Xezerxeber.az-ın məlumatına görə, rayonun Alar kəndi ərazisində qeydə alınan qəzada həyatını itirən Masallı rayonunun Əhmədli kənd sakini, 1981-ci il təvəllüdlü Mehman Zakir oğlu Qəfərovdur. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, qəzada yaralanan 3 nəfər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Xezerxeber.az hadisədən görüntünü təqdim edir:



Xəbər lenti