Xəzər Xəbər

Qadın təndirdə diri-diri yandı - Lənkəranda

Region | 17:46 • 23 Mart 2018
Qadın təndirdə diri-diri yandı -

Lənkəranda 50 yaşlı qadın təndirdə yanaraq ölüb.


Hadisə rayonun Aşağıtəngivan kəndində baş verib. Kənd sakini Böyükxanım Talıb qızı Əliyeva təndirdə çörək bişirərkən ora yıxılıb.

B. Əliyeva aldığı yanıq xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. (APA)

Xəbər lenti