Xəzər Xəbər

Ağsuda avtomobil 10 yaşlı uşağı vuraraq öldürüb

Region | 12:33 • 22 Mart 2018
Ağsuda avtomobil 10 yaşlı uşağı vuraraq öldürüb

Ağsuda 10 yaşlı uşağı maşın vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, martın 20-də saat 14.00 radələrində Ağsu rayonunun Padarqışlaq kəndi ərazisində Şamaxı rayon sakini Şakir Salmanov idarə etdiyi "Mercedes” markalı avtomobillə qəflətən yola çıxan kənd sakini, 10 yaşlı Ramil Abışovu vurub. Nəticədə uşaq hadisə yerində ölüb.

Ağsu RPŞ tərəfindən araşdırma aparılır.

Xəbər lenti