Xəzər Xəbər

Ağstafada 12 raket tapılıb - FOTO

Region | 15:28 • 15 Mart 2018
Ağstafada 12 raket tapılıb -

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonunun Saloğlu qəsəbəsində mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan xezerxeber.az-a bildirib ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib, 12 ədəd raket (8 ədəd 122 mm-lik 9M22U raketi və 4 ədəd 200 mm-lik MD-20F raketi) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Xəbər lenti