Xəzər Xəbər

Şəmkirdə şəhid əsgərin xatirəsi anılıb

Region | 14:55 • 24 Fevral 2018
Şəmkirdə şəhid əsgərin xatirəsi anılıb

Ötən ilin fevralında Ermənistan silahlı bölmələrinin cəbhədəki təxribatının qarşısını alarkən şəhid olan hərbi qulluqçu Xanoğlan Xəlilovun xatirəsi doğulduğu Şəmkir rayonunun Şeidlər kəndində anılıb.


Anım mərasimində rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, şəhidin döyüş yoldaşları, hüquq mühafizə orqanlarının və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.


Mərasimdə çıxış edənlər Xanoğlan Xəlilovun keçdiyi şərəfli ömür yolundan, Vətənə bağlılığından söz açıb, onun torpaqlarımızın müdafiəsi uğrunda göstərdiyi şücaətdən danışıblar.


Çıxışlarda ordumuzun işğal altındakı torpaqları qısa zamanda azad edəcəyinə əminlik bildirilib.


Anım tədbirində məktəblilər şəhidlə bağlı xatirələrini bölüşüb, şeirlər səsləndiriblər. (AZƏRTAC)

Xəbər lenti