Xəzər Xəbər

İmişlidə keçi 5 bala dünyaya gətirib - VİDEO

Region | 13:22 • 24 Fevral 2018
İmişlidə keçi 5 bala dünyaya gətirib -

İmişlidə keçi 5 bala dünyaya gətirib. 

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Qulubəyli kəndi ərazisində yerləşən fermalardan birində baş verib. Təsərrüfat sahibinin sözlərinə görə, keçi əsasən 2 və 3 bala dünyaya gətirsə də, bu dəfə balaların sayı 5-ə çatıb. Hər biri normal vəziyyətdə olan balaların qidalanması da qaydasındadır. Hazırda çəpişlər torpağın altında xüsusi olaraq heyvanları soyuqdan qorumaq üçün hazırlanan yerdə saxlanılır. Sahə baytar həkimi keçinin 5 bala dünyaya gətirməsinin çox az rast gəlinən hadisə olduğunu bildirib.


Xəbər lenti