Xəzər Xəbər

Ağır qəza yenə can aldı - 2 ölü, 3 yaralı var - VİDEO

Region | 14:15 • 19 Fevral 2018
Ağır qəza yenə can aldı -

Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.


Xezerxeber.az məlumat verir ki, "VAZ 2106" markalı avtomaşınla "KamAZ” markalı avtomaşın toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Deformasiyaya uğrayan maşından meyitləri çıxarmaq üçün Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu cəlb olunub.

Faktla bağlı araşdırmalar aparılır.

Xezerxeber.az qəzanın görüntüsünü təqdim edir:


Xəbər lenti