Xəzər Xəbər

Abşeronda güclü partlayış: 3 nəfər ağır yaralandı - VİDEO

Region | 13:08 • 19 Fevral 2018
Abşeronda güclü partlayış:

Abşeron rayonunun Saray qəsəbəsində vətəndaşa məxsus çörək sexində güclü partlayış baş verib.


Xezerxeber.az məlumat verir ki, partlayış nəticəsində 3 nəfər ağır xəsarəti alıb.


Hadisə nəticəsində sexdə olan 3 nəfər – 1972-ci təvəllüdlü Natiq Əmrah oğlu Əmrahov, 1967-ci il təvəllüdlü Qızılgül Əzim qızı Əmrahova və 1984-cü il təvəllüdlü Elmira Qardaşxan qızı Əmrahova ağır yanıq xəsarətləri alıb. Onlar dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıblar. Yaralılardan ikisinin vəziyyəti ağır olduğundan Bakı şəhərinə göndərilib. İlkin ehtimala görə, hadisəyə qaz sızması səbəb olub.


Faktla bağlı araşdırma aparılır.


Xəbər lenti