Xəzər Xəbər

Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında modul tipli 8 məktəb quraşdırılacaq - SƏRƏNCAM

Region | 18:02 • 16 Fevral 2018
Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında modul tipli 8 məktəb quraşdırılacaq -

Prezident İlham Əliyev fevralın 16-da "Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzalayıb.

Xezerxeber.az məlumat verir ki, Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında cəmi 444 şagird yerlik modul tipli 8 məktəbin quraşdırılması məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 2 milyon 590 min manatı Təhsil Nazirliyinə ayrılıb.

Xəbər lenti