Xəzər Xəbər

AFFA-nın mərhum prezidentinin oğlu faciəli şəkildə ölüb

Region | 11:20 • 15 Fevral 2018
AFFA-nın mərhum prezidentinin oğlu faciəli şəkildə ölüb

Sabirabad rayonundaavtomobil qəzasında dünyasını dəyişən Anar MirzəyevAFFA-nın mərhum prezidenti Ramiz Mirzəyevin oğludur.

Bu barədə "Report"a Tovuzun "Turan" klubunun sabiq prezidenti Vidadi Əhmədov məlumat verib.

V.Əhmədovun sözlərinə görə, mərhum bu gün Tovuzun Dondar Quşçu kəndində atasının yanında dəfn olunacaq.

Qeyd edək ki, Anar Mirzəyev 30 oktyabr 2007-ci ildə dünyasını dəyişmiş Ramiz Mirzəyevin yeganə oğlu idi. A.Mirzəyev ailəlidir.

Xatırladaq ki, Sabirabad rayonunun Həşimxanlı kəndində "Jeep” markalı minik avtomobili su kanalına aşıb.

FHN-dən xezerxeber.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri minik avtomobilində olan sərnişin, 1985-ci il təvəllüdlü Mirzəyev Anar Ramiz oğlunun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.


Xəbər lenti