Xəzər Xəbər

İsmayıllıda "Niva" hasara çırpılıb, sürücü ölüb

Region | 09:51 • 15 Fevral 2018
İsmayıllıda "Niva" hasara çırpılıb, sürücü ölüb

İsmayıllı rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Hadisə bu gün rayonun Çayqovuşan kəndi ərazisində qeydə alınıb.

Qalacıq kənd sakini, 1966-cı il təvəllüdlü Məlikov Elxan Ağa oğlunun idarə etdiyi "Niva" markalı minik avtomobili qar və buz səbəbindən dairəvi yol ayrıcında idarəetmədən çıxaraq hasara çırpılıb.

Sürücü Elxan Məlikov hadisə yerində ölüb,avtomobildə olan sərnişin, 1983-cü il təvəllüdlü Hacıyev Asim Mustafa oğlu yüngül xəsarət alıb.

O, xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (APA)

Xəbər lenti