Xəzər Xəbər

Sabirabadda “Jeep” kanala aşıb, bir nəfər ölüb

Region | 09:31 • 15 Fevral 2018
Sabirabadda “Jeep” kanala aşıb, bir nəfər ölüb

Sabirabad rayonunun Həşimxanlı kəndində "Jeep” markalı minik avtomobili su kanalına aşıb.

FHN-dən xezerxeber.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri minik avtomobilində olan sərnişin, 1985-ci il təvəllüdlü Mirzəyev Anar Ramiz oğlunun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti