Xəzər Xəbər

Yol polisi reyd keçirib - 50-dək sürücü saxlanılıb - VİDEO

Region | 17:50 • 14 Fevral 2018
Yol polisi reyd keçirib - 50-dək sürücü saxlanılıb -

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının rayonun Siyəkü və Vaqo kəndləri ərazisində, Ələt-Astara avtomobil yolunun 219-cu kilometrliyində keçirdiyi reyd zamanı istismar müddəti bitmiş və texniki cəhətdən nasaz olan nəqliyyat vasitələrini idarə edən 50-dək sürücü saxlanılıb.

Xezerxeber.az məlumat verir ki, texniki cəhətdən nasaz, əlavə avadanlıqlar quraşdıran, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən sürücülər barəsində inzibati qaydada tədbirlər görülüb, onların idarə etdiyi avtonəqliyyat vasitələri isə cərimə meydançasına aparılıb.


Xəbər lenti