Xəzər Xəbər

Sumqayıtda 20 ədəd top mərmisi tapılıb - FOTO

Region | 14:27 • 23 Yanvar 2018
Sumqayıtda 20 ədəd top mərmisi tapılıb -

Yanvarın 22-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən ANAMA-ya Sumqayıt şəhəri, H. Z. Tağıyev qəsəbəsində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Bu barədə xezerxeber.az-a ANAMA-dan məlumat verilib.

Bildirilib ki, məlumata əsasən ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Mütəxəssislər tərəfindən beton zavod ərazisinə baxış keçirilib, axtarış tədbirləri nəticəsində 20 ədəd 125 mm-lik top mərmisi (BK-14M) aşkar olunub. Havanın qaranlıq olması ilə əlaqədar olaraq əməliyyat 23 yanvarda davam etdirilib, nəticədə aşkar olunmuş mərmilər götürülərək zərərsizləşdirilməsi üçün ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmilərinin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Xəbər lenti